...

Azərbaycanın turizm zonalarında vergi və gömrük güzəştləri təqdim olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2016 20:27 (UTC +04:00)
Azərbaycanın turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştləri və imtiyazları təqdim olunacaq.
Azərbaycanın turizm zonalarında vergi və gömrük güzəştləri təqdim olunacaq

Bakı. Trend:

Azərbaycanın turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştləri və imtiyazları təqdim olunacaq.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin imzaladığı Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamda nəzərdə tutulur.

Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştlərinin və imtiyazlarının verilməsi ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Həmçinin Mədəniyyət və Turizm Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycanın turizm potensialı olan ərazilərində dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradılması barədə təkliflərini hazırlayıb altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti