...

VTB Online internet-bankinqi «Asan İmza» ilə inteqrasiya olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2016 17:39 (UTC +04:00)
Bank VTB (Azərbaycan)-ın yeni xidməti VTB Online internet-bankinqi «Asan İmza» mobil elektron imza ilə inteqrasiya edilib.
VTB Online internet-bankinqi «Asan İmza» ilə inteqrasiya olunub

Bakı. Trend:

Bank VTB (Azərbaycan)-ın yeni xidməti VTB Online internet-bankinqi «Asan İmza» mobil elektron imza ilə inteqrasiya edilib.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avtorizasiya üzrə əməliyyatları və elektron sahədə imzalanmanı əlavə cihazlardan istifadə etmədən yalnız mobil telefon vasitəsi ilə həyata keçirmək bu xidmətin əsas üstünlüyüdür. Bu zaman əməliyyatların icrası üçün tələb olunan imza və avtorizasiya rəqəmsal açarları SİM-kartın içində saxlanılır.

«Asan İmza» mobil elektron imzanın istifadəsi VTB Online internet-bankinq müştərilərinə maliyyə əməliyyatlarını tez, asan və təhlükəsiz şəkildə həyata keçirməyə imkan verir.
VTB Online bank VTB (Azərbaycan)-ın fərdi və korporativ müştərilərinə istənilən yerdə və istənilən vaxtda öz hesablarını internet vasitəsi ilə idarə etməyə imkan verir. VTB Online xidmətinin fərqli keyfiyyətlərindən biri fərdiləşdirmək funksiyasıdır ki, bu da müştəriyə sistemi öz maraqlarına əsasən quraşdırmağa imkan verir.

Xidmətə qoşulmaq üçün VTB (Azərbaycan) müştəriləri bankın şöbələrinə yaxınlaşıb və distant xidmət sisteminə qoşulmaq üçün müqavilə imzalamalıdır. İnternet-bank xidməti VTB (Azərbaycan) müştərilərinə pulsuz təqdim edilir.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti