Bakı. Səba Ağayeva - Trend:
Bolqarıstanın iqtisadiyyat və energetika nazirləri Bojidar Lukarski və Temenujka Petkova Azərbaycana səfər edəcəklər.
Bunu Trend-ə Bolqarıstanın Bakıdakı səfirliyindən deyiblər.
Bolqarıstan nümayəndə heyəti Ticari-İqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyanın IV iclasında iştirak edəcək.
İclas sentyabrın 27-29-da Bakıda keçiriləcək.