...

Səfir: Azərbaycanın maliyyə bazarına islahatlar lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2016 12:18 (UTC +04:00)
Azərbaycanın maliyyə bazarında müşahidə edilən çətinliklərin həlli üçün əhaliyə daha ucuz və innovativ məhsulların təqdim edilməsinə yönəlmiş islahatlar lazımdır.
Səfir: Azərbaycanın maliyyə bazarına islahatlar lazımdır

Bakı. Azad Həsənli – Trend:

Azərbaycanın maliyyə bazarında müşahidə edilən çətinliklərin həlli üçün əhaliyə daha ucuz və innovativ məhsulların təqdim edilməsinə yönəlmiş islahatlar lazımdır.

Trend-in məlumatına görə, bunu İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder Bakıda VIII Azərbaycan Mikromaliyyə Konfransında deyib.

Onun sözlərinə görə, indi əsas diqqət daşınmaz əmlakın reyestrinin və özəl kredit bürosunun yaradılmasına göstərilir ki, bu da maliyyə-bank sistemində struktur dəyişiklikləri çərçivəsində həyata keçirilir.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva isə xarici investorların Azərbaycanın mikromaliyyə bazarına böyük marağını qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın mikromaliyyə bazarı yeni investoların, o cümlədən İslam İnkişaf Bankı qrupunun marağını cəlb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti