...

"Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları"nda dəyişikliklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2016 12:27 (UTC +04:00)
Nazirlər Kabineti 2012-ci il 12 oktyabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları"nda dəyişikliklər edib.
"Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları"nda dəyişikliklər

Bakı. Trend:

Nazirlər Kabineti 2012-ci il 12 oktyabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları"nda dəyişikliklər edib.

Dəyişikliklərə əsasən, Qaydaların 3-cü hissəsinin mətni aşağıdakı redaksiyada verilir:

"Gömrük brokeri yenidən təşkil edildikdə, adı və ya hüquqi ünvanı dəyişdikdə, dövlət reyestrində müvafiq dəyişikliklər edilir.".

4.1-ci və 4.2-ci bəndlər aşağıdakı redaksiyada verilir:

"4.1. Gömrük brokerinin fəaliyyəti dayandırıldıqda və ya fəaliyyətinə xitam verildikdə, gömrük brokeri dövlət reyestrindən çıxarılır.

4.2. Fəaliyyəti dayandırılmış gömrük brokerinin fəaliyyəti yenidən bərpa edildikdə, gömrük brokeri yenidən dövlət reyestrinə daxil edilir.".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti