...

İsveçrə Azərbaycana texniki yardımı artırmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2016 12:15 (UTC +04:00)
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Azərbaycana ən mürəkkəb məsələlərin həll olunmasında yardım göstərmək üçün yeni texniki yardım layihələrinin reallaşdırılmasına hazırdır.
İsveçrə Azərbaycana texniki yardımı artırmağa hazırdır

Bakı. Trend:

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Azərbaycana ən mürəkkəb məsələlərin həll olunmasında yardım göstərmək üçün yeni texniki yardım layihələrinin reallaşdırılmasına hazırdır. Trend-in məlumatına görə, bu sözləri Bakıda keçirilən tədbir zamanı SECO regional direktorunun müavini Simon Heberli deyib.

O qeyd edib ki, bu gün Azərbaycan üçün müasir və şəffaf kapital bazarları vacibdir:

“Azərbaycan və İsveçrə mikroiqtisadi siyasət və maliyyə stabilliyinin təmin olunması sahəsində 25 ildən artıqdır ki, səmərəli şəkildə əməkdaşlıq edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti