...

Azər Türk Bank rəhbərliyində YENİ TƏYİNAT

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2016 16:46 (UTC +04:00)
Xalid Əhədov Azər Türk Bankda İdarə Heyətinin yeni sədr təyin edilib.
Azər Türk Bank rəhbərliyində YENİ TƏYİNAT

Bakı. İlahə Məmmədli - Trend:

Azər Türk Bankın Müşahidə Şurasının qərarı ilə X.Əhədov bankın İdarə Heyətinin üzvü seçilib. Həmçinin İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə edilib.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

O bu vəzifədə Fərhad Adıgözəlovu əvəz edib.

Bankın İdarə Heyəti sədrinin müavini Afiq Xudiyev də vəzifəsini tərk edib. Bu yer hələ vakant qalır.

Xalid Nurəddin oğlu Əhədov bank sahəsi üzrə fəaliyyətə 1999-cu ildən başlayıb. Bu günə qədər "Bank of Baku" ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru vəzifələrində çalışıb. Yeni vəzifəyə qədər isə hazırda ləğvetmə prosesində olan “Bank Standard” ASC-nin İdarə Heyətinin sədri olub.

Azər Türk Bank 25 may 1995-ci ildə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti