...

Azərbaycan və Pakistan birgə dərman və kənd təsərrüfatı məhsulları istehsalını düşünür (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2016 14:15 (UTC +04:00)
Azərbaycan Pakistan şirkətlərinin ölkədə fəaliyyəti üçün lazimı şəraiti yaratmağa hazırdır.
Azərbaycan və Pakistan birgə dərman və kənd təsərrüfatı məhsulları istehsalını düşünür (YENİLƏNİB)

İlk xəbər saat 12:28-də yayımlanıb

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Pakistan şirkətlərinin ölkədə fəaliyyəti üçün lazımi şəraiti yaratmağa hazırdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Pakistan işgüzar görüşü zamanı deyib.

Nazir bildirib: "Pakistan şirkətləri Azərbaycanda sənaye, kənd təsərrüfatı, əczaçılıq kimi sahələrə maraq göstərirlər. Biz də öz növbəmizdə onların ölkəmizin ərazisində fəaliyyət göstərmələri üçün lazımi şəraiti yaratmağa hazırıq".

Onun sözlərinə görə, əczaçılıq sahəsi hər iki ölkə üçün xüsusi maraq kəsb edir.

Ş.Mustafayev deyib: “Pakistan bu sahədə böyük potensiala malikdir və biz dərman preparatlarının Azərbaycanda birgə istehsalı məsələsini müzakirə edəcəyik. Hazırda Pakistan şirkətləri Azərbaycana dərman ixrac edir. Eyni zamanda, biz kənd təsərrüfatı məhsullarının birgə istehsalını müzakirə edəcəyik”.

Azərbaycan həmçinin, öz tranzit imkanlarını Pakistana təklif etmək niyyətindədir.

Nazir deyib: “Azərbaycan geniş tranzit imkanlarına malikdir və Pakistan şirkətləri bu imkanlardan yararlana bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti