...

Azərbaycan 2017-ci il dövlət büdcəsinin gəlir və xərclərini artırdı (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2016 13:28 (UTC +04:00)
Azərbaycan hökuməti 2017-ci il dövlət büdcəsinin parametrlərini artırıb.
Azərbaycan 2017-ci il dövlət büdcəsinin gəlir və xərclərini artırdı (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan hökuməti 2017-ci il dövlət büdcəsinin parametrlərini artırıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclisin büdcənin müzakirəsinə həsr olunmuş plenar iclasında deyib.

Onun sözlərinə görə, büdcənin gəlirləri 16 255 milyon manat, xərcləri 16 900 milyon manat həcmində proqnozlaşdırılır.

Nazir deyib: “Gələn il üçün icmal büdcənin gəlirləri 20 020 milyon dollar, xərcləri 21 267 milyon dollar həcmində proqnozlaşdırılır”.

Daha əvvəl gələn il üçün büdcə proqnozları gəlirlər üçün 15 955 milyon manat, xərclər üçün 16,6 milyard manat təşkil edirdi. İcmal büdcədə bu rəqəmlər müvafiq olaraq 19 720,7 milyon manat, 20 967,2 milyon manat təşkil edib.

S.Şərifovun sözlərinə görə, proqnozların təkrar nəzərdən keçirilməsi bir sıra kommunal xidmət tariflərinin artırılması səbəbi ilə baş verib. Bunun üçün dövlət büdcəsindən əlavə 300 milyon manat ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti