...

Bakıda türkdilli dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2016 16:10 (UTC +04:00)
Sabah Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək.
Bakıda türkdilli dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək

Bakı. Trend:

Sabah Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan 50-dən çox nümayəndə iştirak edəcək.

Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin iqtisadiyyat üzrə işçi qrupunun hesabatı dinləniləcək, türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləşdirilməsi imkanları müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti