...

Cavid Qurbanov: "Arzum Naxçıvanı Azərbaycanın digər bölgələri ilə birbaşa dəmir yolu vasitəsilə birləşdirməkdir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2016 16:36 (UTC +04:00)
Naxçıvan-Məşhəd sərnişin qatarından artıq ilk gündə 26 nəfər istifadə edib.
Cavid Qurbanov: "Arzum Naxçıvanı Azərbaycanın digər bölgələri ilə birbaşa dəmir yolu vasitəsilə birləşdirməkdir"

Bakı. Trend:

Dekabrın 29-da istifadəyə verilən Naxçıvan-Məşhəd sərnişin qatarından artıq ilk gündə 26 nəfər istifadə edib.

Trend-in məlumatına görə, bunu 2016-cı ilin yekunlarına həsr olunmuş tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, qatar 3 vaqondan ibarətdir və 106 sərnişin daşımağa qadirdir: “Dünən biz, nəhayət, Naxçıvan-Məşhəd sərnişin qatarını işə saldıq. Bu, Naxçıvan üçün, eləcə də hər iki ölkə üçün böyük hadisədir. İlk reysdən 26 nəfər istifadə edib”.

C.Qurbanov qeyd edib ki, onun arzusu Naxçıvanı Azərbaycanın digər bölgələri ilə birbaşa dəmir yolu vasitəsilə birləşdirməkdir:

“Naxçıvana yeni elektrovoz, lokomotiv və vaqonların tədarükü barədə göstəriş veriləcək”.

Tədbirdə bayramlar münasibətilə bir sıra dəmiryolçulara mənzillərin açarları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti