...

Ölkənin ən innovativ xanımları mükafatlandırılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2017 16:12 (UTC +04:00)
Mükafatlandırma tədbirinin fəal sponsorlarından biri də "Azər Türk Bank" olub.
Ölkənin ən innovativ xanımları mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Yanvarın 26-da Beynəlxalq Muğam Mərkəzində baş tutan, Azərbaycanda İnformasiya texnologiyaları sahəsində qadınların əldə etdiyi uğurlu innovasiyanın tanınmasına həsr olunmuş "AWITA 2017 - AZERBAIJAN WOMEN in IT AWARD" mükafatlandırma mərasimi Azərbaycanda texnologiya sahəsində mövcud olan gender bərabərsizliyi ilə mübarizəyə aid edilən ən böyük tədbir idi.

Sektordakı peşəkar nailiyyətləri və əhəmiyyətli nəticələri ilə seçilən xanımlar (İlin Novatoru, İlin Proqramçısı, İT sahəsində ilin tələbəsi, Ucqar bölgədə İT sahəsinə verilən töhfə və sair) 15 nominasiya üzrə mükafatlandırılıblar.

Azərbaycanın İT sahəsindəki ən nüfuzlu 100 liderinin toplaşdığı mərasim "Azərbaycan Qadını İT-də Klubu", “Femmes Digitales” tərəfindən təşkil edilmiş “AWITA 2017” mükafatlandırma tədbirinin fəal sponsorlarından biri də "Azər Türk Bank" olub.

"Azər Türk Bank"ın Strateji planlaşdırma və Marketing departamentinin direktoru Leyla Məmmədova bildirib: “Azər Türk Bank olaraq tədbirin sponsorları sırasında yer almağımız, belə bir əhəmiyyətli hadisəyə dəstək vermək, onun gerçəkləşməsində iştirak etməklə dövlətimizin qender bərabərliyi siyasəti sahəsində nailiyyətlərinə kiçik bir töhfəmizlə qürur duyuruq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti