Bakı. Trend:
Azərbaycan Rusiya istehsalı olan “MC-21” mülki təyyarələrinin alınmasında maraqlıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, Azərbaycanın mülki aviasiya nümayəndələri təyyarənin təqdimatında iştirak ediblər.
Nazir qeyd edib ki, ölkədəki aviaparkı yeniləmək lazımdır. “Amma hələ ki detallar barədə danışmaq tezdir”.