Bakı. Azad Həsənli - Trend:
Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin tikintisini cari ilin sonunadək başa çatdırmağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkci Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətləri rəhbərlərinin üçtərəfli görüşündə deyib.
Nazir qeyd edib ki, bundan əvvəl layihənin icrası ilə bağlı müəyyən problemlər olub:
"Artıq bu problemlər arxada qalıb və işlər gücləndirilmiş rejimdə davam edir".