...

Sabiq Prezident: Bolqarıstanla Azərbaycan arasında çox sıx iqtisadi əlaqələr var

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2017 12:04 (UTC +04:00)
“Mən prezident olduğum dövrdə Azərbaycanla daha sıx əlaqələrin qurulmasına çalışmışam”.
Sabiq Prezident: Bolqarıstanla Azərbaycan arasında çox sıx iqtisadi əlaqələr var

Bakı. Elçin Mehdiyev – Trend:

“Mən prezident olduğum dövrdə Azərbaycanla daha sıx əlaqələrin qurulmasına çalışmışam”.

Trend-in məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliev deyib.

R.Plevneliev Bolqarıstan Prezidenti qismində "Cənub Qaz Dəhlizi" layihəsinin açılışında iştirak etdiyini bildirib:

"Mənim prezidentliyim dövründə Azərbaycandan ildə bir milyard kubmetr qazın alınması barədə saziş imzalandı. Mən bu əlaqələrin daha da inkişaf etməsində səy göstərən dövlət başçısı olmaqdan şərəf duyuram. Bolqarıstanla Azərbaycan arasında çox sıx dostluq və iqtisadi əlaqələr mövcuddur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti