...

KPMG Azərbaycan şirkətinin birgə təşkilatçılığı ilə konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2017 16:17 (UTC +04:00)
"AmCham Azərbaycan" və Böyük Dördlük şirkətləri “Transfer qiyməti: Tətbiqi və Beynəlxalq Təcrübə” mövzusunda konfrans təşkil ediblər.
KPMG Azərbaycan şirkətinin birgə təşkilatçılığı ilə konfrans keçirilib

Bakı. Trend:

26 sentyabr tarixində Bakı şəhərində yerləşən Landmark otelinin Rotunda zalında "AmCham Azərbaycan" və Böyük Dördlük şirkətləri “Transfer qiyməti: Tətbiqi və Beynəlxalq Təcrübə” mövzusunda konfrans təşkil ediblər.

Trend-in məlumatına görə, tədbir AmCham Azərbaycan-ın Prezidenti Nuran Kərimovin açılış nitqi ilə başlayıb. Daha sonra Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə konfransda çıxış edib.

Konfrans zamanı KPMG Niderland şirkətinin Transfer qiymətlərinin müəyyən edilməsi üzrə Partnyoru Yens Karreman “Niderlandda Transfer qiymətləri üzrə sənədləşmə, inkişafın 15 ili” mövzusunda, KPMG Niderland şirkətinin vergi məsləhətçisi Maurits Stuyt isə “Öncədən qiymətləndirmə razılaşmaları – vergi ödəyiciləri və vergi orqanları arasında Transfer qiymətləri üzrə qarşılıqlı əlaqə” mövzusunda təqdimatla çıxış ediblər.

Konfransda Azərbaycanın müxtəlif sənaye sahələrində fəaliyyət göstərən yerli və xarici şirkətlərin 130-dan artıq nümayəndəsi iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti