...

Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində DƏYİŞİKLİK ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2017 10:11 (UTC +04:00)
Oktyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində DƏYİŞİKLİK ediləcək

Bakı. Trend:

Oktyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Biləcəri- Keşlə mənzilinin cüt yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq, 16 oktyabr 2017-ci ildən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 07.01.2017-ci il tarixdə təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə məlumatı www.ady.az saytından əldə edə bilərsiniz.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının (07.01.2017-ci il tarixdə təsdiq olunmuş) hərəkət cədvəli

Qeyd edək ki, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti