...

EY şirkətinin Azərbaycan ofisi Bakıdakı müştəriləri üçün MHBS-yə yeniliklərə dair seminar keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2017 18:52 (UTC +04:00)
Son yeniliklərə həsr olunmuş illik seminar keçirilib.
EY şirkətinin Azərbaycan ofisi Bakıdakı müştəriləri üçün MHBS-yə yeniliklərə dair seminar keçirib (FOTO)

Bakı. Trend:

"JW Marriott Absheron Hotel Baku” otelində EY şirkətinin Azərbaycan ofisi müştəriləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) edilmiş son yeniliklərə həsr olunmuş illik seminar keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, seminarı MHBS üzrə mütəxəssislər EY Moskva ofisinin Audit üzrə baş meneceri Valentina Xromova və EY Tbilisi ofisinin Audit üzrə baş meneceri Dmitro Lurgeleviç keçiriblər. Seminarda iri beynəlxalq və yerli şirkətlərin, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bankların 100-dən çox rəsmiləri iştirak edib.

Təqdimatlar və müzakirələr zamanı MHBS-də son dəyişikliklər və onların praktik tətbiqi haqqında məlumat verilərək, 15 saylı MHBS-nin icmalına və onun müxtəlif vəziyyətlərdə tətbiqinə, eləcə də 9 saylı “Maliyyə alətləri” adlı MHBS-nin icmalına və MUBSK/MHŞBK tərəfindən edilmiş yeniliklərə xüsusi diqqət yetirilib. İştirakçılar sessiya zamanı praktik məsələlərin necə həll olunacağını müzakirə ediblər.

Dmitro Lurgeleviç tədbirlə bağlı təəssüratları ilə bölüşüb: “Həmişəki kimi, bank müştərilərimizin yeni MHBS-lərə böyük maraq göstərməsi məni sevindirdi. Proqram ilk növbədə 1 yanvar 2018-ci il tarixdə qüvvəyə minən 9 saylı “Maliyyə alətləri” adlı MHBS-yə həsr olunmuşdur və rəhbərlərin standartın tətbiqi ilə bağlı məsələlərin həll edilməsində iştirakı və əlaqəli problemləri dərindən anlaması mən xoş mənada təəccübləndirdi. Bu il biz MHBS-yə yeniliklərə dair məlumatın məzmununu nəzəriyyə deyil, daha çox təcrübəyə yönəltməyə çalışdıq və auditoriyadan bir sıra çox spesifik suallar aldıq ki, bu da standartların tətbiqi prosesində maliyyə təşkilatlarının nail olduğu irəliləyişi nümayiş etdirir. Aydındır ki, müştərilərimiz dəyişikliyi qəbul etməyə hazırdırlar!" .

Valentina Xromova deyib: “Belə maraqlı, interaktiv və hər iki tərəf üçün maraqlı olan müzakirələrə görə bütün iştirakçılara təşəkkür edirik! Bu cür peşəkar və məlumatlı auditoriyanın qarşısında çıxış etmək hər zaman xoşdur!"

Luba Hibbert, Socar Cape şirkətinin maliyyə nəzarətçisi bildirib: "Bu, müəssisələrin yaxın gələcəkdə tətbiq etməli olacağı MHBS-də dəyişikliklərə dair çox faydalı və ətraflı təlim sessiyası oldu. Təqdimatın əhatə dairəsi və strukturu çox yüksək səviyyədə idi və bütün mühüm sahələri əhatə etdi. Təhsil tədbirlərinə töhfə verdiyinə və yüksək standartları qoruduğuna görə EY şirkətinə minnətdarlığımı bildirirəm.

Xəzər Dəniz Gəmiçiliyi Şirkətinin maliyyə və hesabatlar departamentinin rəis müavini Pərviz Babazadə qeyd edib: “Məni peşəkarlıqla təşkil edilmiş son tədbirə dəvət etdiyinə görə EY şirkətinə minnətdarlığımı bildirirəm. Hər il biz MHBS-yə edilmiş bütün əhəmiyyətli yeniliklər barədə öyrənmək və onların praktik tətbiqi haqqında məlumat almaq şansını əldə edirik. Aparıcı ekspertlər tərəfindən təlimləndirmək imkanı ilə yanaşı bu tədbir, Azərbaycanın maliyyə və mühasibatlıq sahəsinin qabaqcıl mütəxəssisləri ilə tanışlıq etmək üçün unikal imkan yaradır.”

AvroMed QSC-də Baş Maliyyə Direktoru Eltac Bayramlı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına yeniliklərə dair hərtərəfli və vaxtında təlim sessiyasının keçirilməsinə görə EY şirkətinə səmimi təşəkkürünü bildirib: "Bu sessiya, mürəkkəb və daim dəyişən mühitdə maliyyə hesabatlarının mühüm aspektlərini aydın sürətdə izah etdi.”

Rapid Solutions şirkətinin maliyyə meneceri Nərgiz Həsənova deyib: “MHBS-yə edilən bütün dəyişikliklər haqqında müştərilərin vaxtında məlumat alması səyinə görə EY-a təşəkkürümü bildirirəm. Bundan əlavə, EY komandasına əla təşkilatçılığa görə və Valentina Xromovanın özünə enerji, həvəs və xoş danışıq üslubuna görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bundan əlavə, bu cür tədbirlər keçmiş işçilərin ünsiyyət saxlaması üçün gözəl fürsət yaradır.”

EY bütün iştirakçıları seminarda görməyə şad oldu və tədbirə həvəslə qatıldıqlarına görə hər bir iştirakçıya minnətdarlığını bildirir.

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Bakı, Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 5,000 peşəkar çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY 23 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 190-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti