Bakı. Trend:
Azərbaycan sığorta bazarının liderlərindən biri olan "Atəşgah" Sığorta Şirkəti səfər sığortası çərçivəsində iri ödənişlər həyata keçirib.
Şirkətdən Trend-ə verilən məlumata görə, Çexiyada səfərdə olan sığorta olunan səhhətində yaranan şikayətlər səbəbindən stasionar müalicə alıb və bu səbəbdən ona müalicə xərcləri üzrə ümumilikdə 5970 Avro məbləğində sığorta ödənişi təqdim edilib.
Bundan əlavə, Rusiyada səfərdə olan digər müştəri yıxılaraq diz nahiyəsindən xəsarət alıb. Müalicə xərcləri üzrə ümumilikdə 4168 AZN məbləği həcmində sığorta ödənişi həyata keçirilib.
Digər iki ödəniş isə Türkiyədə səfərdə olan şəxslərin səhhətində yaranan şikayətlər səbəbindən stasionar müalicə alması hadisəsinə görə verilib. Belə ki, bu xərclər üzrə müvafiq olaraq 9691.67 AZN və 5051 AZN məbləğində sığorta ödənişi həyata keçirilib.
Bugün səfər sığortası (travel insurance) ən aktual sığorta xidmətlərindəndir. Bu cür sığorta şəhadətnaməsinin əldə edilməsi sığorta olunan şəxsə xarici ölkələrdə olarkən təcili və təxirəsalınmaz tibbi xidmətlərə zərurət yarandığı zaman lazımi maliyyə müdafiəsinə təminat verir.
Xatırladaq ki, artıq “Atəşgah” SŞ –dən səfər sığortasını daha tez və asan - www.ateshgah.com saytı vasitəsilə onlayn əldə etmək mümkündür.
“Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. 2016-cı ilin nəticələrinə görə ümumilikdə “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ -nin sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.