...

"Yaşıl dəhliz"in iştirakçı şirkətlərinin sayı artır (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2018 12:46 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən "Yaşıl dəhliz" çərçivəsində 28 icazə verilib.
"Yaşıl dəhliz"in iştirakçı şirkətlərinin sayı artır (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən "Yaşıl dəhliz" çərçivəsində 28 icazə verilib.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

A.Əliyev qeyd edib ki, bu icazələri 25 şirkət alıb.

Verilən icazələrin sayı ilə şirkətlərin sayının fərqli olmasına gəlincə, DGK sədri bildirib ki, bu məhsulların müxtəlif kateqoriyaları ilə şərtlənir: "İcazələr ayrı-ayrılıqda adi məhsulların və aksiz markalı malların dövriyyəsinə görə verilir"

Qeyd edək ki, 2016-cı ilin yekunu üzrə "Yaşıl dəhliz"in cəmi 9 iştirakçısı vardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti