...

Azərbaycan pambıq istehsalını xeyli artıracaq (FOTO) (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2018 12:11 (UTC +04:00)
Yaxın illərdə Azərbaycanda pambıq istehsalı ildə 100 min tonadək artacaq.
Azərbaycan pambıq istehsalını xeyli artıracaq (FOTO) (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

“GTS Agro” şirkəti yaxın illərdə pambıq istehsalını ildə 100 min tonadək artıracaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Sənaye Korporasiyasının iclası zamanı “GTS Agro” şirkətinin direktoru vəzifələrini icra edən Zakir Əzimov deyib.

O qeyd edib ki, ölkədə pambıq istehsalının artırılması üçün ilk növbədə məhsuldarlığı yüksəltmək lazımdır:

“Bizim qarşımızda növbəti beş il ərzində məhsuldarlığı bir hektar ərazidə indiki 19 sentnerdən 25 sentnerədək artırmaq hədəfi dayanır. Bu, nail olunması mümkün hədəfdir. Məsələn, Türkiyədə məhsuldarlıq bir hektardan 50 sentner təşkil edir”.

Z.Əzimov bildirib ki, ötən il pambıq səpini ölkənin 14 rayonunda həyata keçirilib: “Ümumilikdə 28,6 hektar səpilib və nəticədə 51,2 min ton pambıq xammalı əldə edilib. Bu, 2016-cı ilin göstəricisindən 1,8 dəfə çoxdur. Bu il biz 35 min hektarda səpin aparmışıq və 70 min ton pambıq əldə etməyi planlaşdırırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti