...

Baş direktor: İlk özəl kredit bürosunun nizamnamə kapitalı tamamilə formalaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2018 16:18 (UTC +04:00)
Azərbaycanda özəl kredit bürosunun nizamnamə kapitalı tamamilə formalaşdırılıb
Baş direktor: İlk özəl kredit bürosunun nizamnamə kapitalı tamamilə formalaşdırılıb

Bakı. Trend:

Azərbaycanda özəl kredit bürosunun nizamnamə kapitalı tamamilə formalaşdırılıb.

Trend-in məlumatına görə, bunu büronun baş direktoru Elçin Həbibov ölkədə ilk özəl kredit bürosunun fəaliyyətə başlamasına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

E.Həbibovun sözlərinə görə, büronun nizamnamə kapitalı iki milyon manat təşkil edir: “Bu vəsait bərabər pay iştirakı əsasında üzv banklar tərəfindən təqdim olunub”.

Baş direktor əlavə edib ki, hazırda büronun mərkəzi ofisinin formalaşdırılması və büro ilə kredit təşkilatları arasında müqavilələrin imzalanması prosesi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti