Bakı. Trend:
Azərbaycan Banklar Assosiasiyası EY-ın əməkdaşlığı ilə yeni 9 saylı Maliyyə Hesabatlarının Beynəlxalq Standartının (IFRS 9) banklarda tətbiqindən sonra dəyərsizləşmə üzrə hesablamaların praktik aspektlərinə dair seminar təşkil edib.
Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycan banklarının əksəriyyətinin iştirak etdiyi tədbir 7 fevral 2018-ci il tarixində Unibank-da keçirilib.
Təqdimat EY şirkətinin Çexiyadakı ofisinin Baş Meneceri Radek Lastovicka tərəfindən nümayiş etdirilib. Təqdimat zamanı 9 saylı MHBS-yə əsasən dəyərsizləşmə ilə əlaqəli bir sıra mövzularla bağlı ümumi təcrübələr haqqında məlumat verilmiş və konkret uğursuz təcrübələr haqqında xəbərdarlıq edilib.
Tədbir çərçivəsində EY şirkətinin Azərbaycandakı ofisinin Baş meneceri Yokub Şarafitdinov öz fikirləri ilə bölüşüb: “EY bizim bazarda 9 saylı MHBS ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi sahəsində lider olmaq üçün bütün lazımi biliyə və imkanlara malikdir. Biz artıq EY şirkətinin digər ofislərindən olan ekspertlərinin müvafiq xüsusi biliklərini öz komandamıza cəlb etməklə müəyyən banklar üçün pilot layihələrini həyata keçiririk.”
Daha sonra Radek Lastovicka öz fikirlərini bildirib: “Biz Şərqi Avropa, Türkiyə və Orta Şərqdə Azərbaycanda fəaliyyət göstərən banklara uyğun miqyaslı banklar tərəfindən qəbul edilmiş praktik həlləri işıqlandırdıq. Xüsusi diqqət nəticə rəqəmlərinə mühüm təsiri olan Kredit riskində əhəmiyyətli artım (SICR) anlayışının tərifi ilə bağlı yanaşmalara verilmişdir. Qeyd etdiyim bazarlarda banklar sonradan SICR tərifində istifadə edilən mövcud aktivlərin yaranması zamanı riskin qiymətləndirilməsi üzrə strukturlaşdırılmış məlumatların retrospektiv qaydada yaradılması üçün çox vaxt və səy sərf etmişlər. Bununla yanaşı, biz bir çox Azərbaycan bankları üçün 9 saylı MHBS-nin tətbiqini çətinləşdirə bilən “Alınmış və ya yaranmış kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri” mövzusunu müzakirə etdik. İlkin olaraq problemli kreditlərin restrukturizasiyasından yaranan aktivlər üçün Standartda xüsusi uçot yanaşması müəyyən edilib.”
Təqdimatdan sonra Azərbaycan üzrə makroiqtisadi proqnozlarla bağlı və onların gələcəkdə 9 saylı MHBS üzrə banklarda dəyərsizləşmənin hesablanmasına təsiri mövzusunda müzakirələr aparılıb.
EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.
EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Bakı, Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 5,000 peşəkar çalışır.
EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com
EY 23 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.
Hal-hazırda Bakı ofisimizdə Azərbaycandakı müştərilərimizə xidmət göstərən 200-dən çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.