...

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində "Bakı prinsipləri" sənədi hazırlanacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2018 12:54 (UTC +04:00)
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq çərçivəsində əldə olunan uğurlar “Bakı prinsipləri” adlı sənəddə öz əksini tapacaq.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində "Bakı prinsipləri" sənədi hazırlanacaq (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq çərçivəsində əldə olunan uğurlar “Bakı prinsipləri” adlı sənəddə öz əksini tapacaq.

Trend-in məlumatına görə, bunu BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri proqramına həsr olunmuş seminarda çıxışı zamanı Azərbaycan iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Nazir müavini qeyd edib ki, Bakıda sentyabr ayında dayanıqlı inkişafa həsr olunmuş növbəti konfrans keçiriləcək:

"Bu tədbir çərçivəsində həmin sənədin təsdiq olunması planlaşdırılır. Bu sənədin layihəsi artıq hazırdır. Sentyabrda daha dəqiq və tam sənəd qəbul edəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti