...

Palata: Azərbaycanın bank sektorunuın kapitallaşması artmaqda davam edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2018 12:16 (UTC +04:00)
2018-ci ildə Azərbaycan banklarının kapitallaşması artmaqda davam edəcək.
Palata: Azərbaycanın bank sektorunuın kapitallaşması artmaqda davam edəcək

Bakı. Trend:

2018-ci ildə Azərbaycan banklarının kapitallaşması artmaqda davam edəcək.

Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini və Strateji xidmətlər departamentinin rəhbəri Asim Zülfüqarov Bakıda "Fitch Ratings" beynəlxalq agentliyinin illik iclasında deyib.

O qeyd edib ki, bu, Azərbaycan bankları tərəfindən kapitalın artırılması ilə əlaqədardır:

"Cari ilin əvvəlindən bir sıra Azərbaycan bankları öz nizamnamə kapitallarını artırıblar. Bundan başqa, hazırda kapitallaşma bazarının artacağını gözləyirik. Belə ki, bir sıra banklar ümumi məbləği 400 milyon dollar olan kapitalın daxil edilməsini planlaşdırırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti