...

Ulduz şokolad fabriki beynəlxalq ərzaq sərgisində Azərbaycanı təmsil edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2018 18:39 (UTC +04:00)
Şokolad fabriki Çinin Şanxay şəhərində “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində ölkəmizi “Made in Azerbaijan” brendi ilə təmsil edib.
Ulduz şokolad fabriki beynəlxalq ərzaq sərgisində Azərbaycanı təmsil edib (FOTO)

Bakı. Trend:

Ulduz Şokolad Fabriki Çinin Şanxay şəhərində 16-18 mayda keçirilən “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində ölkəmizi “Made in Azerbaijan” brendi ilə təmsil edib.

Fabrikdən Trend-ə verilən məlumata görə, Azərbaycanı təmsil edən stend ticarət yarmarkasında izləyicilərin böyük marağına səbəb olub. Fabrik sözügedən beynəlxalq sərgidə ölkəmizi qənnadı sektorunda öz sözünü demiş, rəqabət qabiliyyətli keyfiyyətli yeni çeşid məhsullar ilə təmsil edir.

Dünyanın ən böyük ərzaq sərgilərindən hesab olunan “Sial China” Beynəlxalq Ərzaq Sərgisində iştirakçıların əksəriyyəti Azərbaycanın stendi qarşısında ayaq saxlayaraq məhsullarımız ilə yanaşı, ölkəmiz haqqında geniş məlumatlar əldə ediblər.

Qeyd edək ki, 2001-ci ildən fəaliyyətə başlamış Ulduz Şokolad Fabriki yerli bazarla yanaşı dünyanın 20-dən artıq ölkəsinə “Made in Azerbaijan” brendi ilə məhsul ixrac edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti