...

Nazir: Azərbaycan və Türkiyə birgə kənd təsərrüfatı müəssisələri yarada bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2018 13:41 (UTC +04:00)
Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində birgə müəssisələr yarada bilər
Nazir: Azərbaycan və Türkiyə birgə kənd təsərrüfatı müəssisələri yarada bilər

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində birgə müəssisələr yarada bilər.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, iqtisadiyyat iki ölkə arasında əməkdaşlığın vacib istiqamətlərindəndir:

“Azərbaycanla Türkiyə arasında 2017-ci ildə ticarət dövriyyəsi 192 milyon dollar təşkil edib. 2013-2017-ci illərdə Azərbaycandan Türkiyəyə ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi 65,3 faiz, idxal həcmi 2,3 dəfə artıb”.

İ.Kərimov həmçinin Azərbaycanda kənd təsərrüfatının inkişafı barədə danışaraq qeyd edib ki, hökumət üçün bu sahədə prioritet taxılçılıq, pambıqçılıq və fındıqçılığın inkişafıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti