...

Səfir: Çexiya şirkətləri Bakının ictimai nəqliyyat sisteminin genişləndirilməsində iştirak etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2019 17:13 (UTC +04:00)
Çexiya şirkətləri Bakının ictimai nəqliyyat sisteminin genişləndirilməsində iştirak etməyə hazırdır
Səfir: Çexiya şirkətləri Bakının ictimai nəqliyyat sisteminin genişləndirilməsində iştirak etməyə hazırdır

Bakı. Sara İsrafilbəyova - Trend:

Çexiya şirkətləri Bakının ictimai nəqliyyat sisteminin genişləndirilməsində iştirak etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert deyib.

Səfir bildirib ki, söhbət həm yerüstü nəqliyyatdan, həm də metrodan gedir. M.Ekert əlavə edib ki, bir sıra Çexiya şirkətləri azərbaycanlı tərəfdaşları ilə birgə istehsalın təşkili imkanlarını nəzərdən keçirməyə hazırdır:

“Bu cür nümunələr az deyil. “Tatra” yük avtomobillərinin Gəncə avtomobil zavodunda istehsalını, “Moravia Steel” şirkətinin “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yenidən qurulmasında iştirakını xatırlatmaq olar”.

Onun sözlərinə görə, həmçinin iki ölkə arasında müdafiə sahəsində birgə layihələr, Azərbaycanın Çexiya istehsalı olan L-39 təlim təyyarələri donanmasının modernləşdirilməsi layihəsi mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti