...

Bakı Fond Birjasında YENİ TƏYİNAT var

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2019 14:37 (UTC +04:00)
Eldar Abdullayev Bakı Fond Birjasının (BFB) əməliyyatlar və informasiya texnologiyaları üzrə direktoru təyin olunub
Bakı Fond Birjasında YENİ TƏYİNAT var

Bakı. Sara İsrafilbəyova - Trend:

Eldar Abdullayev Bakı Fond Birjasının (BFB) əməliyyatlar və informasiya texnologiyaları üzrə direktoru təyin olunub.

Trend bu barədrə BFB-yə istinadən məlumat verir.

Bundan əvvəl E.Abdullayev “Günay bank” ASC-nin İdarə heyətinin sədr müavini işləyib.

Hazırda BFB-nin İdarə heyətinin sədri Vüqar Namazovdur.

Qeyd edək ki, BFB 2000-ci ildə yaradılıb. Birjanın səhmdarları arasında Azərbaycan Beynəlxalq Bankı, İstanbul Birjası, “YapıKredi” və digər hüquqi şəxslər var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti