...

KOBİA-da biznes assosiasiyaları ilə görüş keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2019 17:12 (UTC +04:00)
KOBİA ölkəmizdə fəaliyyət göstərən və sıralarında yüzlərlə sahibkarları birləşdirən biznes assosiasiyaları ilə görüş keçirilib.
KOBİA-da biznes assosiasiyaları ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) ölkəmizdə fəaliyyət göstərən və sıralarında yüzlərlə sahibkarları birləşdirən biznes assosiasiyaları ilə görüş keçirilib.

KOBİA-dan Trend-ə verilən məlumata görə, nar, arıçılar, şərab, xurma, zeytun, tikinti materialları, turizm, mebel, qablaşdırma, tekstil, maşın və avadanlıqlar istehsalçıları və ixracatçıları, eləcə də qadın və əlil sahibkarlar assosiasiyalarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə sahibkarlar dövlət dəstəyi mexanizmləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixi Fərmanı ilə təsdiq olunmuş daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin göstərilməsi qaydaları barədə məlumalandırılıb. Görüşdə həmçinin, biznes assosiasiyalarının gücləndirilməsi və bu sahədə KOBİA ilə əməkdaşlıq imkanları müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Diqqətə çatdırılıb ki, müvafiq qaydalara uyğun olaraq, daxili bazar araşdırmaları üçün dövlət dəstəyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilir və sahibkarlar maraqlı olduqları daxili bazar araşdırmasının aparılması üçün KOBİA-ya müraciət edə bilərlər. Sahibkarlar və biznes assosiasiyaları daxili bazar araşdırmaları ilə bağlı ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsində yaradılmış bölmədən (http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari) əldə edə bilərlər.

Tədbirdə iştirak edən sahibkarlar assosiasiyalarının nümayəndələri sahibkarların son zamanlar daxili bazar araşdırmalarının aparılmasına xüsusi maraq göstərdiklərini, daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsinin müvafiq sahədə xərcləri və riskləri azaldacağını, yeni istehsal sahələrinin, məhsul və xidmətlərin yaranmasına əhəmiyyətli töhfə verəcəyini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti