...

Avropada qazın qiymətində rekord yenilənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2021 12:41 (UTC +04:00)
Avropada qazın qiymətində rekord yenilənib

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa birjalarında təbii qazın qiymətləri min kubmetr üçün min dollardan yuxarı həddə alınıb-satılır.

Trend-in məlumatına görə, Niderlandın TTF habında qazın min kubmetrinin qiyməti 1 040 dollara çatıb.

Qazın qiyməti ötən sutka ilə müqayisədə 8 faiz artıb.

Ötən gün təbii qaz birjalarda rekord vuraraq 1 031 dollar çatmış, daha sonra 950 dollaradək azalmışdı.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti