...

Rusiyanın Azərbaycana investisiyalarının həcmi açıqlanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2022 11:14 (UTC +04:00)
Rusiyanın Azərbaycana investisiyalarının həcmi açıqlanıb (FOTO)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Rusiyanın Azərbaycana investisiyalarının ümumi həcmi 6,3 milyard dollar təşkil edib. Bu məbləğin 5 milyard dolları neft, 1,3 milyard dolları qeyri-neft sektoruna qoyulub.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda "Azərbaycan-Udmurtiya" biznes forumu zamanı deyib.

"Rusiya iqtisadiyyatına Azərbaycanın qoyduğu investisiyalar isə 1,2 milyard dolları üstələyib və bu investisiyalar əsasən qeyri-neft sektoruna qoyulub. 2021-ci ildə ikitərəfli ticarət dövriyyəsi üç milyard dollar təşkil edib. Bunun 2,1 milyard dolları idxalın, 920 milyon dolları ixracın payına düşüb. Ötən il Azərbaycanın ümumi ticarət dövriyyəsində Rusiyanın payı 9 faiz təşkil edib", - deyə nazir müavini bildirib.

O qeyd edib ki, 2021-ci ildə Azərbaycanın ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 12 faiz artıb.

"Eyni zamanda 14 Rusiya şirkəti Qarabağda bərpa işlərində iştirak etmək üçün müraciət edib", - N.Səfərov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti