...

Azərbaycan, Qazaxıstan və Gürcüstan birgə müəssisə yaradacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2022 11:31 (UTC +04:00)
Azərbaycan, Qazaxıstan və Gürcüstan birgə müəssisə yaradacaq
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, Qazaxıstan və Gürcüstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı məqsədilə birgə müəssisə yaradacaq.

Trend-in məlumatına görə, bu məsələ Qazaxıstanın Böhran əleyhinə tədbirlər üzrə operativ qərargahının iclasında müzakirə olunub.

Qeyd olunub ki, Qazaxıstana məxsus və tranzit yüklərin daşınmasının təmin olunması üçün martın 9-10-da Qazaxıstan Sənaye və İnfrastruktur İnkişaf, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat, Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirliklərinin nümayəndələri arasında danışıqlar keçirilib.

Tərəflər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı məqsədilə birgə müəssisənin yaradılması barədə razılığa gəlib. Bu qurumun tarifyaranma, yüklərin bəyan olunması, tranzit yüklərlə bağlı vahid IT həllərin tətbiqi barədə məsələləri həll etməsi nəzərdə tutulur.

Ümumilikdə marşrut üzrə ildə 10 milyon tonadək yük, o cümlədən 200 min konteyner nəql etmək imkanları mövcuddur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti