...

BƏT 2022-ci ildə Gürcüstanda əmək təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək (Özəl)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2022 22:47 (UTC +04:00)
BƏT 2022-ci ildə Gürcüstanda əmək təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək (Özəl)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2022-ci ilin birinci rübündə Gürcüstanda hərtərəfli Əmək Məcəlləsinin yaradılmasına dəstək verməyi planlaşdırır.

Bu barədə Trend-ə BƏT-in nümayəndəsi xəbər bildirib.

Onun sözlərinə görə, BƏT milli qanunvericiliyi və təcrübəni beynəlxalq əmək standartlarına uyğunlaşdırmaqla Gürcüstanda istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınmasına töhfə vermək niyyətindədir.

"İşçilərin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsinə yönəlmiş əmək mühafizəsi üzrə idarəetmə sistemlərinin tətbiqini təmin etmək vacibdir", - deyə nümayəndə bildirib.

O qeyd edib ki, dağ-mədən sektorunda, xüsusən də Gürcüstanın Tkibuli regionunda təhlükəsizlik şərtləri xüsusi narahatlıq doğurur, bu isə hərtərəfli, kompleksli, strateji, ətraflı və çoxşaxəli yanaşma tələb edir.

"Biz Gürcüstandakı tərəfdaşlarımızla - hökumət, həmkarlar ittifaqları və işəgötürənlərlə tərəfdaşlığı və əməkdaşlığı dərinləşdirməyə hazırıq. Əsas məqsədimiz əmək mühafizəsi və əhalinin məşğulluğuna töhfə verməkdir", - deyə nümayəndə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti