...

EY şirkəti və Britaniya Ticarət Palatası nüfuzlu Robin Bennett mükafatının qalibini elan edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2022 11:08 (UTC +04:00)
EY şirkəti və Britaniya Ticarət Palatası nüfuzlu Robin Bennett mükafatının qalibini elan edib (FOTO)

Bakı. Trend:

EY və Azərbaycandakı Britaniya Ticarət Palatası (“BCCA”) builki nüfuzlu Robin Bennett mükafatının qalibini elan edib. Qalibin adı EY-ın sponsorluğu ilə keçirilən xüsusi mərasimdə açıqlanıb.

Bu dəfə 1996-cı ildə Azərbaycanda yaradılmış multimodal logistika və yüklərin daşınması şirkəti “ACE Forwarding”in regional direktoru Con Kvin mükafata layiq görülüb. Şirkət MDB ölkələri və Qafqaz regionunda inteqrasiya olunmuş logistika xidmətləri üzrə aparıcı təchizatçılarından biridir.

Mükafatı qalibə təqdim edərək EY Azərbaycanın ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev bildirib: “Pandemiya və geosiyasi hadisələrlə bağlı fasilələr və davamlı çətinliklər şəraitində biznes liderləri öz təşkilatlarında dəyər qazandırmaq uğrunda səmərəli addımlar atmalıdır. Onlar həmçinin dəyişikliklərə uyğunlaşmalı, məsuliyyətli qərarlar qəbul etməli və daima çətinliklərin öhdəsindən gəlməlidir. Con Kvin bariz şəkildə nümayiş etdirdi ki, o, cari çətinliklərə cəsarətlə tab gətirə bilən və şirkətini 21-ci əsrdə daha da irəli apara bilən lider olmaq üçün lazım olan xüsusiyyətlərə malikdir”.

Mərasimdə çıxış edən Britaniya İmperatorluğunun Ordeni ilə ("OBE") təltif edilmiş Böyük Britaniyanın Azərbaycandakı Ticarət Palatasının həmsədri Con Patterson bildirib: “Bu mötəbər mükafatı davamlı olaraq təqdim edə bilməyimiz və bir daha layiqli şəxsi təltif etmək imkanımızın olması olduqca sevindirici bir haldır. Conun “İşçi Qrupumuza” verdiyi töhfəsi əvəzolunmazdır. Digər şirkətlər gizlənmək istədikləri zaman o, irəli addım atmaqla cəsarət və uzaqgörənlik nümayiş etdirib".

Robin Bennett mükafatı Azərbaycanda ən nüfuzlu və məşhur biznes mükafatlarından biridir. O, EY tərəfindən “British Business Group”un Azərbaycanda təsisçilərindən biri Robin Bennett OBE (1942-2011) xatirəsinə həsr edilmişdir. Robin Bennett Bakıda EY-ın idarəedici partnyoru kimi fəaliyyət göstərmiş və təqdirəlayiq karyera qura bilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti