Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin "Albayrak İnşaat" şirkətinin baş direktoru Yunus Yılmazla görüşüb.
Trend-in məlumatına görə, bu barədə O.Məmmədov "Twitter" səhifəsində bildirib.
"Qardaş Türkiyənin "Albayrak İnşaat" şirkətinin baş direktoru Yunus Yılmazla KOBİA-da görüşməkdən məmnun oldum.
Görüşümüzdə Azərbaycana investisiya qoyuluşu imkanlarına və bu sahədə KOBİA-nın dəstəyinə dair fikir mübadiləsi apardıq", - KOBİA sədri yazıb.