...

İran Şimal-Cənub dəhlizinin katibliyinin yaradılmasına çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2022 12:15 (UTC +04:00)
İran Şimal-Cənub dəhlizinin katibliyinin yaradılmasına çağırır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

İran Şimal-Cənub dəhlizinin katibliyinin yaradılmasına çağırır.

Trend-in məlumatına görə, bunu İranın yollar və şəhər inkişafı naziri Rüstəm Qasemi Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivlərinə həsr olunmuş tədbir zamanı deyib.

"İran Şimal-Cənub dəhlizinin inkişafı üçün təxirəsalınmaz tədbirlər görməyə hazırdır. Ölkələrimiz nəqliyyat dəhlizlərinin şaxələndirilməsi üzrə işlər aparır. Biz maneələrin aradan qaldırılması üzərində işləyirik, həmçinin elektron sistemlərdən istifadə edirik ki, bu da fəaliyyətimizi asanlaşdırır. Yük tranziti prosesi iə bağlı olmayan viza verilişlərini asanlaşdırmaq lazımdır. Biz Şimal-Cənub dəhlizinin katibliyinin yaradılmasını, hər üç ölkənin dəmir yollarının birləşdirilməsini zəruri hesab edirik", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti