...

Azərbaycanın dayanıqlı inkişafında qadın sahibkarlığının rolu böyükdür - KOBİA sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2022 11:21 (UTC +04:00)
Azərbaycanın dayanıqlı inkişafında qadın sahibkarlığının rolu böyükdür - KOBİA sədri
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın dayanıqlı inkişafında qadın sahibkarlığının rolu böyükdür.

Trend-in məlumatına görə, bunu bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” Forumunda çıxışı zamanı deyib.

"Qadın sahibkarlar Azərbaycanın əlverişli biznes mühitindən, sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlardan və dövlət dəstəyi mexanizmlərindən faydalanmaqla iqtisadiyyatımıza, məşğulluğun təmin olunmasına daha çox töhfə verə bilərlər. Agentlik artan dinamika ilə irəliləyən qadın sahibkarların fəaliyyətlərini, ölkəmizin sosial-iqtisadi inkişafına verdikləri töhfələri yüksək qiymətləndirir və onları hər zaman dəstəkləyəcəyik", - deyə o bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin oktyabr ayından KOBİA və “Rabitəbank” ASC–nin birgə təşkilatçılığı ilə “Biznesdə Qadınların Gücü” adlı layihəyə start verilib.

"Layihənin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır. KOBİA-nın strukturuna daxil olan KOB İnkişaf Mərkəzləri tərəfindən 2022-ci il ərzində keçirilən təlimlərdə 4000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanıb", - O Məmmədov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti