...

Azərbaycanda qadın sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2022 19:41 (UTC +04:00)
Azərbaycanda qadın sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci il yanvar-oktyabr aylarında 173 qadın sahibkara 6 milyon manatdan çox güzəştli kredit verilib.

Trend-in məlumatına görə, bunu bu gün Sahibkarlığın İnkişafı Fondunun tərəfdaşlarla iş üzrə şöbəsinin rəhbəri İsmayıl Hüseynov “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” Forumu çərçivəsində "Rəqəmsallaşmaya və iqtisadiyyatda yeni keyfiyyətə keçiddə dövlət orqanları və özəl sektorun əməkdaşlığı" adlı pansel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, hesabat dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 105,6 milyon manat məbləğində güzəştli kredit verilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 44,3 faiz çoxdur.

İ.Hüseynov vurğulayıb ki, 2022-ci ildə Fond biznes subyektlərinə ümumilikdə 140 milyon manat güzəştli kredit verməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti