Bakı. Trend:
2022-ci ildə KOBİA on beş ölkədə KOB-lara dəstək və xidmətlər sahəsində qabaqcıl təcrübəni öyrənib.
Trendin məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov 2022-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Agentlik yerli sahibkarların xarici tərəfdaşlarla əməkdaşlığında maraqlıdır.
“Bu məqsədlə müxtəlif tərəfdaş qurumlarla 24 sənəd imzalanıb və 7 beynəlxalq tədbir keçirilib. Həmçinin qeyd etmək istəyirəm ki, Agentliyimiz KOB sahəsində 2 beynəlxalq təşkilata üzv olub”, - o deyib.
Orxan Məmmədov həmçinin KOBİA tərəfindən 50 müxtəlif investisiya layihəsinin biznes qiymətləndirilməsi həyata keçirildiyini əlavə edib.