...

IFC Ələt Azad İqtisadi Zonasının icarədarlarını konsultasiya ilə təmin edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2023 18:09 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxaıq Maliyyə Korporasiyası (IFC) Ələt Azad İqtisadi Zonasının (AFEZ) icarədarlarını konsultasiya ilə təmin edəcək.

Bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə direktoru Rana Karadşeh Trend-ə eksklüziv mühasibəsində deyib.

Karadşehin sözlərinə görə, Azərbaycan inkişafın təşviqi üçün rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyata yönəldiyindən Ələt Azad İqtisadi Zonası (AFEZ) əlavə dəyərin və istehsal fəaliyyətinin cəlbi və artırılması üçün nəzərdə tutulmuş, ixraca yönəlmiş unikal sənaye zonasına çevriləcək.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və nəqliyyat dəhlizlərinin yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası iqtisadi diversifikasiyaya təkan verən və dayanıqlı iqtisadi inkişafı təmin edən regional sənaye mərkəzi ola bilər. IFC buna dəstək olaraq AFEZ-də fəaliyyətin tənzimlənməsində maraqlı olan şirkətlər üçün erkən mərhələdəki layihələrin tərtibatı üzrə konsultasiya dəstəyinin və əməkdaşlığın əsasını yaratmaq məqsədilə AFEZ administrasiyası ilə Anlaşma Memorandumu imzalayıb. IFC Avstriyanın Federal Maliyyə Nazirliyi və AFEZ İdarəetməsi ilə birgə AFEZ icarədarlarını konsultasiya və dəstəklə təmin edəcək. Məqsəd şirkətlərə ölkənin sıfır tullantılar səviyyəsinə keçidini və iqlim dəyişikliklərinə qarşı dayanıqlı inkişaf yollarını dəstəkləməyə yönəlmiş investisiya layihələrini müəyyənləşdirərək hazırlamaqda köməklik göstərməkdən ibarətdir”, - o deyib.

Twitter: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti