...

Azərbaycan-Polşa ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var - Kəmaləddin Heydərov

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2023 14:17 (UTC +04:00)
Azərbaycan-Polşa ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var - Kəmaləddin Heydərov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Polşa ticarət dövriyyəsini artırmaq üçün böyük potensiala malikdir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov Komissiyanın 8-ci iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, nəqliyyat, turizm və bir sıra digər sahələrdə investisiyalar üçün əlverişli mühit var.

"Həm Azərbaycan, həm də Polşa dövri olaraq ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş müxtəlif tədbirlər keçirməkdədir. Həmçinin, qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında həmçinin ikitərəfli əlaqələrin inkişafına yönəlmiş yol xəritəsi imzalanıb", - o deyib.

Həmsədrin sözlərinə görə, son on il ərzində Azərbaycan tərəfindən nəqliyyat sahəsində böyük işlər görülüb.

"Bu gün hökumətimiz həm nəqliyyat, həm də energetika və kənd təsərrüfatı sahələrində müvəffəqiyyətlə layihələr həyata keçirməkdədir", - o qeyd edib.

K.Heydərov tərəflərin iqtisadi tərəfdaşlıq sahəsində əməkdaşlığı genişləndirməli və gücləndirməli olduqlarını bildirib.

"Qeyd etmək istəyirəm ki, torpaqlarımız erməni işğalından azad edildikdən sonra ölkəmizin inkişafında yeni səhifə açmışıq. Bundan başqa, regionumuzun bir sıra ölkələrinin də inkişafı üçün böyük imkanlar yaradırıq. Bildiyiniz kimi, Qarabağda bərpa üzrə genişmiqyaslı işlər görülməkdədir. Polşa tərəfini işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirak etməyə və investisiya qoymağa dəvət edirik", - o deyib.

Ələt Azad İqtisadi Zonasından danışan K.Heydərov bu zonanın iqtisadiyyatın inkişafı və xüsusən Polşanın biznes mühiti ilə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti