...

PASHA Bank 2022-ci ildə sosial layihələrə 8,256 milyon manat yönəldib (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2023 12:24 (UTC +04:00)
PASHA Bank 2022-ci ildə sosial layihələrə 8,256 milyon manat yönəldib (YENİLƏNİB)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

PASHA Bank 2022-ci ildə sosial layihələrə 8,256 milyon manat yönəldib.

Trend xəbər verir ki, bunu PASHA Bank-ın Komplayns və idarəetmə üzrə baş direktoru Anar Kərimov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, PASHA Bank ölkənin Qarabağ bölgəsində mədəni irs obyektlərinin bərpasına 7,5 milyon manat yönəldib.

"Bankımız ötən il xeyriyyə məqsədilə 362 min manat ianə edib. PASHA Bank korporativ sosial məsuliyyət layihələrinə 394 min manat yönəldib. Bütünlükdə yuxarıda qeyd olunan fəaliyyət üzrə xərclərimiz 8,256 milyon manat təşkil edib", - o deyib.

Həmçinin, A.Kərimovun sözlərinə PASHA Bank 2022-ci ildə "Korporativ sosial məsuliyyət", "Maliyyə savadlılığının ən aktiv iştirakçısı", "Nağdsız ödənişlərin təşviqi üzrə", "Elektron bank layihələri", "Rəqəmsal ödənişlərin təhlükəsizliyinə dair informasiya layihələri" nominasiyalarında mükafatlara layiq görülüb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti