...

Azərbaycanda ödəniş təşkilatlarına yeni qanuna əsasən lisenziya almaları üçün vaxt verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2023 12:40 (UTC +04:00)
Azərbaycanda ödəniş təşkilatlarına yeni qanuna əsasən lisenziya almaları üçün vaxt verilib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti 6 ay ərzində Azərbaycanda fəaliyyət göstərən ödəniş təşkilatlarına və operatorlara "Ödəniş sistemləri və xidmətləri haqqında" Qanuna əsasən lisenziya alma prosedurundan keçmək üçün vaxt veriləcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.

Qeyd edək ki, bu ilin avqust ayında "Ödəniş sistemləri və xidmətləri haqqında" qanun layihəsi təsdiqlənib, qanunun noyabr ayında qüvvəyə minəcəyi gözlənilir.

K.Qurbanovanın sözlərinə görə, bu qanunun qəbul edilməsi ölkənin ödəniş bazarının müasirləşdirilməsinə şərait yaradacaq.

"Bu qanunun ən böyük üstünlüyü ondadır ki, ödəniş xidmətləri təminatçıları arasında eyni bazar şəraiti yaratmaqla müstəsna olaraq əməkdaşlıq və sağlam rəqabət prinsipi ilə fəaliyyət göstərir.

Bu qanunun qəbul edilməsi ölkədə tamamilə yeni ekosistem formalaşdırmağa imkan verəcək. Ödəniş sistemlərinin səmərəliliyinin artması, inklüzivliyin genişlənməsi və istehlakçılara daha innovativ və əlçatan ödəniş məhsullarının təqdim olunması üçün şərait yaradılacaq.

Qanun ölkəmizdə ödəniş xidmətlərinin xarici təminatçılarının fəaliyətinə imkan yaradır. Onlar ölkəmizdə istər filiallar açmaqla, istərsə də filiallar açmadan, banklarla müqavilələr bağlamaqla fəaliyyət göstərə bilərlər. Qanunda, həmçinin, banklarla ödəniş xidmətlərinin xarici təminatçıları arasında əməkdaşlığa dair tələblər əks olunub", - deyə o əlavə edib.

K.Qurbanova qeyd edib ki, gələn il mayın 1-dək Azərbaycanda fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatlarının lisenziyalaşdırılması planlaşdırılır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti