...

"Tinkoff Biznes" Azərbaycana valyuta köçürmələrinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2023 11:30 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Tinkoff Biznes" Azərbaycan, Belarus, Braziliya, Qırğızıstan və Tacikistana valyuta köçürmələrinə başlayıb.

Trend bu barədə banka istinadən xəbər verir.

Biznes müştəriləri üçün Azərbaycan manatı (AZN), Belarus rublu (BYN), Braziliya realı (BRL), Qırğızıstan somu (KGS) və Tacikistan somonisi (TJS) ilə daxil olan və çıxan ödənişlər əlçatandır. Artıq Rusiya şirkətləri biznes tərəfdaşlarına yeni milli valyutalarda ödəniş göndərə biləcək və ikiqat konvertasiya səbəbindən faiz itirməyəcəklər.

Bundan başqa, "Tinkoff Biznes" müştəriləri artıq indi yuanla Çinə və daha 33 istiqamətə, eləcə də Hindistan rupisi ilə Hindistana, Ermənistan dramı ilə Ermənistana, Qazaxıstan tengesi ilə Qazaxıstana, ABŞ dolları ilə Qırğızıstan və Tacikistana valyuta ödənişləri həyata keçirə biləcəklər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti