...

"Fitch Ratings" Azərbaycanın reytinqini "BBB-" səviyyəsinədək yüksəldib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2024 05:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Fitch Ratings" Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini "BB+" səviyyəsindən "BBB-" səviyyəsinə yüksəldib, proqnoz sabitdir.

Trend bu barədə "Fitch Ratings"in məlumatlarına istinadən xəbər verir.

"Fitch"in proqnozlarına görə, 2024-cü ildə Azərbaycanın xarici valyutada suveren aktivləri 74 milyard dollara çatacaq (proqnozlaşdırılan ÜDM-in 98 faizi) ki, bu da 2010-cu ilin göstəricisindən əhəmiyyətli dərəcədə (55 faiz) yüksəkdir.

"2024-cü ildə Azərbaycanın ÜDM-in 71 faizi (2010-cu ildə ÜDM-in 50 faizi) səviyyəsində proqnozlaşdırılan xalis suveren aktivlər üzrə mövqeyi "BBB" və "A" kateqoriyalı ölkələr arasında ən yüksək olaraq qalacaq. Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2024-cü ildə ÜDM-in proqnozlaşdırılan 9,3 faizindən 2026-cı ildə 6,4 faizədək azalacaq, lakin neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, "BBB" kateqoriyasında ən yüksək olaraq qalacaq ki, bu da aktivlərin daha orta da olsa toplanmasının davamına imkan yaradacaq", - "Fitch Ratings"in hesabatında deyilir.

"Fitch"in qiymətləndirmələrinə görə, Azərbaycanın xarici kreditor mövqeyi 2024-cü ildə ÜDM-in 154 faizinədək möhkəmlənəcək ki, bu da "ВВВ" kateqoriyasında ən yüksək göstəricidir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti