...

"Avrasiya Multimodal Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması yük daşımalarının həcmini artırmağa imkan verəcək - Sorbon Kulaхmadov

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2024 12:55 (UTC +04:00)
"Avrasiya Multimodal Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması yük daşımalarının həcmini artırmağa imkan verəcək - Sorbon Kulaхmadov
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

"Avrasiya Nəqliyyat Marşı" Beynəlxalq Assosiasiyasının yaradılması, qlobal Avrasiya regionu arasında yük daşımalarının həcmini artırmağa imkan verəcəkdir.

Trend xəbər verir ki, bu barədə "Tacikistan Dəmir Yolları" dövlət müəssisəsinin direktorunun birinci müavini Sorbon Kulaхmadov Bakıda "Avrasiya Multimodal Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı keçirilən konsultativ görüşdə bildirib.

O, qeyd edib ki, effektiv nəqliyyat fəaliyyəti üçün infrastrukturun inkişafı və təkmilləşdirilməsi, optimal nəqliyyat marşrutlarının və kommunikasiya xətlərinin qurulması vacibdir.

“Tacikistan hökuməti nəqliyyat sektorunun, xüsusilə də nəqliyyat dəhlizlərinin, dəmir yolu infrastrukturunun inkişafına və ölkənin tranzit zonasına çevrilməsinə böyük diqqət ayırır. Orta Dəhliz isə perspektivli nəqliyyat dəhlizlərindən biridir”, - Sorbon Kulaхmadov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Avstriya və Çinin iştirakı ilə Mərkəzi Asiya, Azərbaycan, Türkiyə regionunda beynəlxalq daşımaların koordinasiyasını yaxşılaşdırılması məqsədilə "Avrasiya Multimodal Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması təşəbbüsünü təqdim edib.

Assosiasiya kollegial orqan olacaq və marşrutun konsepsiyasının, tarif siyasətinin və rəqəmsallaşmanın hazırlanmasını idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti