...

VERGİLƏR NAZİRLİYİ HESABLAMA ƏMƏLİYYATLARI ZAMANI QAYDALARIN POZULMASI İLƏ BAĞLI SANKSİYALARIN HƏCMİNİN ARTIRILMASININ TƏRƏFDARIDIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2005 15:31 (UTC +04:00)

Azərbaycanın Vergilər Nazirliyi hesablama əməliyyatları yerinçə yetirilərkən qaydaların pozulmasına görə sanksiyaların həcminin artırılmasının tərəfdarıdır.

Vergilər Nazirliyinin operativ nəzarət işlərinin təşkili İdarəsinin rəisi İlham Əmirəliyevin Trend ə verdiyi məlumata görə, hazırda Nazirlikdə müvafiq təkliflər hazırlanır.

Sanksiyaların bir neçə dəfə artırılması planlaşdırılsa da, Vergilər Nazirliyində artımların müəyyən çərçivəçi dəqiqləşdirilməyib.

Hazırda hesablama əməliyyatlarının həyata keçirilməsində pozuntular üzrə fiziki şəxslər üçün 20-dən 30-dək maliyyə vahidi həcmində, vəzifəli şəxslər üçün 40-dan 70-dək şərti maliyyə vahidi həcmində maliyyə saksçiyaları tətbiq olunur.

Xəbər lenti

Xəbər lenti