...

AZƏRBAYCAN HÖKUMƏTİ 2006-CI İLİN BÜDCƏ LAYİHƏSİNİ BƏYƏNİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2005 19:53 (UTC +04:00)

Sentyabrın 23-də Azərbaycan hökuməti 2006-cı ilin büdcə layihəsini qəbul edib.İnformasiya mənbələrindən Trend ə məlum olub ki, büdcə aşağıdakı parametrlərlə qəbul edilib:

- gəlirlər - 3 408 315,3 min denominasiya edilmiş manat (5000 manat = 1 yeni Azərbaycan manatı - 5000 AZM=1 AYM). Bununla mərkəzləşdirilmiş gəlirlərin payına 3 189 200 AYM, yerli gəlirlərin payına - 219 155,3 AYM düşür.

-xərclər - 3 566 315,3 min denominasiya edilmiş manat. Bununla mərkəzləşdirilmiş xərclərin payına 2 992 115,8 AYM, yerli xərclərin payına -574 199,5 AYM,

- büdcə defisiti -158 mln AYM düşür.

Gəlirlərin əsas hissəsi fiziki şəxslərdən alınan vergilər - 397 797,2 min AYM, ƏDV - 713 340 min AYM, aksizlər - 146 926 min AYM, yol vergisi - 11 430 min AYM, DGK-dən daxilolmalar - 129 950 min AYM, qeyri-vergiqoymadan alınan gəlirlər - 201 607 min AYM olmalıdır. Dövlət neft fondunun büdcəyə transferi 585 mln. AYM təşkil etməlidir. Bir barel neftin büdcə layihəsində qiyməti ehtimal olunan səviyyədə $40/barrel göstərilib.

Ölkənin baş naziri Artur Rəsizadə iclasda bildirib ki, o, büdcənin 99,9% icrasına əmindir.

İclasın yekunlarına əsasən, AR prezidentinin İcra aparatında ölkənin büdcə layihəsinin 2006-cı ilə ötürülməsi haqqında qərar qəbul edilib.

AR maliyyə naziri Əvəz Ələkbərov Trend ə eksklüziv olaraq bildirib ki, ali maliyyə sənədi olan 2006-cı ilin büdcə layihəsi "məqbul variantlar əsasında hazırlanıb".

"Büdcənin əsas məqsədi tarazlaşdırılmış sosial-iqtisadi inkişafın təmin edilməsi, vergi ağırlığının azaldılması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, regionların inkişafı, yoxsulluq səviyyəsinin azaldılması, infrastrukturun yaradılması,ünvanlı sosial müdafiə layihəsinin fəal həyata keçirilməsi, sosial problemlərin həlli, kiçik və orta sahibkarlığa dövlət qayğısının həyata keçirilməsi, büdcədən maliyyələşdirilən təşkilatların maddi-texniki bazasının artırılmasıdır" -deyə Əvəz Ələkbərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti