...

Dünya Bankı "Şərqi Avropada və keçmiş SSRİ-də artım, yoxsulluq və qeyri-bərabərlik" barədə hesabatını təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2005 16:32 (UTC +04:00)

Oktyabrın 26-da Dünya Bankının (DB) Bakıdakı nümayəndəliyi "Şərqi Avropa və keçmiş Sovet Respublikalarında artım, yoxsulluq və qeyri-bərabərlik" barədə bankın hesabatını təqdim edib. Trend in məlumatına görə, təqdimat Azəbaycan Dövlət İqtisad İnstitutunun İctimai-informasiya mərkəzi və Dünya Bankı ilə birgə keçirilib.

Bankın nümayəndəsi Zaur Rzayevin sözlərinə görə, bu hesabat DB-nın 2000-ci il üçün "İslahatları hamı və hər kəs üçün faydalı etmək" adlı hesabatının məntiqi davamıdır.

Sənəddə bildirilir ki, 1998-ci ildən 2003-cü ilə kimi Mərkəzi və Şərqi Avropa, eləcə də keçmiş SSRİ respublikalarında sürətli iqtisadi artım və qeyri-bərabərliyin azalması nəticəsində yoxsul əhalinin sayı təqribən 40 milyon nəfər azalıb. Bu zaman 2003-cü ildə bu regionda yoxsul əhalinin sayı 61 milyon nəfər və ya əhalinin ümumi sayının 12%-ni təşkil edib. Hesabatda yoxsulluğun mütləq şərti sutka ərzində hər adama düşən 2 dollar göstəricisi müəyyən edilib.

Bu regiondan 27 ölkənin, o cümlədən Azərbaycanın tərkibinə daxil olan daha 153 milyon nəfər iqtisadi cəhətdən müdafiə olunmayan və ya sutkada 4 dollar və ya daha az gəlir düşənlərdir.

Təqdimat mərasimi zamanı Z.Rzayev həmçinin bildirib ki, yoxsulluğun azaldılması üçün qəbul edilən qiymət ölçüsü göstərir ki, bu proses əmək haqqını artmasına əsaslı, əhalinin məşğulluğunun armasına və ölkənin spesifikasından asılı olaraq sosial transferlərin və uyğunluğun artmasına cüzi təsir göstərir.

2004-cü ilin yekunlarına görə, Azərbaycanda yoxsul əhalinin sayı ölkədə yaşayan əhalinin ümumi sayının 40,2%-ni təşkil edir. Cari ilin yekunlarına görə bu amilini 4-5% azalacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti